Yol polisi sürücülərə müraciət etdi - Qonşu ölkələrdəki dəyişikliklərlə bağlı
Tarix: 04-07-2019 14:28 | Bölmə: Cəmiyyət
Yol polisi sürücülərə müraciət etdi - Qonşu ölkələrdəki dəyişikliklərlə bağlı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələri ilə ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib.

İdarədən Reyting.az-a bildirilib ki, Gürcüstanın və Bolqarıstanın yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.

Əsasən yol hərəkəti qaydalarının pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökumətinin 2019-cu il 1 iyul tarixli 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb-səhifəsi vasitəsilə daha ətraflı məlumat ala bilərlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər