Bir ayda nikaha daxil olmaq istəyənlərdən 12-də sifilis, 12-də QİÇS aşkarlanıb
Tarix: 04-07-2019 14:48 | Bölmə: Cəmiyyət
Bir ayda nikaha daxil olmaq istəyənlərdən 12-də sifilis, 12-də QİÇS aşkarlanıb

“Bu ilin iyun ayı ərzində nikaha daxil olmaq üçün 13 063 nəfər müayinədən keçib”.

Bunu “Report”a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Onun sözlərinə görə, onlardan 213 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 12 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 2 olub".

Z.Əlimirəzyeva deyib ki, 2015-ci ildən indiyədək 568 163 nəfərdə qan müayinəsi aparılıb: “19 848 cütlükdən birində talassemiya daşıyıcılığı, 212 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1801 nəfərdə sifilis, 512 nəfərdə HİV(QİÇS) qeydə alınıb".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər