Bakıda keçmiş məhkum arvadı ilə birlikdə tutuldu
Tarix: 06-07-2019 11:59 | Bölmə: Cəmiyyət
Bakıda keçmiş məhkum arvadı ilə birlikdə tutuldu

Bakıda arvadı ilə birlikdə evdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, nazirliyin "102 – Zəng Mərkəzi" Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}