18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Şadlıq sarayında kütləvi zəhərlənmə olub: FHN və DİN araşdırmaya başladı - Yenilənib
Tarix: 19-07-2019 21:49 | Bölmə: Cəmiyyət
Şadlıq sarayında kütləvi zəhərlənmə olub: FHN və DİN araşdırmaya başladı

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə baş verib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstüyayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 10-dan çox şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb. Onlardan 12-si qadın, 4 nəfəri kişidir.

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, zəhərlənmə diaqnozu ilə 9 nəfər xəstəxanaya yerləşdirilib.

***

Fövqəladə Hallar Nazirliyi də Şirvanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya laboratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

***

Polis əməkdaşları, kriminalist ekspertlər də baş vermiş hadisəni araşdırmağa cəlb olunublar. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb.

Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, zərərçəkənlər 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır.

Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər