16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir
Tarix: 12-09-2019 10:44 | Bölmə: Cəmiyyət
Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir

Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir.

Fonddan Reyting.az-a verilən məlumata görə, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.

Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir.

Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}