Adil Qeybulladan Oqtay Güləliyevin səhhəti haqda açıqlama: "Kəskin dövr hələ keçməyib"
Tarix: 02-11-2019 21:48 | Bölmə: Cəmiyyət
 Adil Qeybulladan Oqtay Güləliyevin səhhəti haqda açıqlama: "Kəskin dövr hələ keçməyib"

"Hüquq müdafiəçisi Oqtay Güləliyevin vəziyyəti stabildir".

Reyting.az xəbər verir ki, bu barədə həkim Adil Qeybulla "Facebook" səhifəsində yazıb.

O, bildirib ki, Oqtay Güləliyevi xəstəxanada ziyarət edib:

“Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışandan sonra həkimlərin icazəsi ilə Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsində Oqtay bəyi ziyarət etdim. Kəskin dövr hələ keçməyib. Süni ventilyasiya şəraitindədir. Bununla yanaşı, vəziyyəti stabildir, geriləmə yoxdur, beyin travmasına bağlı komatoz durumdadır. Hemodinamik göstəriciləri stabildir, saturasiyası (toxumaların oksigen təminatı) normaldır”.

O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər