Azərbaycan ilə Xorvatiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Tarix: 06-11-2019 17:16 | Bölmə: Cəmiyyət
Azərbaycan ilə Xorvatiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 6-da Xorvatiyanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın genişləndirilməsində uğurlar arzulayıb.

İki ölkə arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Xorvatiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər