YAP-ın rəhbər şəxsinin oğlu narkotiklə tutulub - Yenilənib
Tarix: 19-12-2019 14:55 | Bölmə: Cəmiyyət / Xəbərlər
YAP-ın rəhbər şəxsinin oğlu narkotiklə tutulub

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

"Report" xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F. Ağayev dekabrın 23-də keçiriləcək bələdiyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

***

Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva oğlu Fariz Ağayevin narkotik ittihamı ilə saxlanması barədə yayılan məlumata münasibət bildirib.

M. Ağayeva “Yeni Sabah”a deyib ki, oğlu Fariz Ağayevin həbsi barədə məlumat onun bələdiyyə seçkilərində iştirakı ilə bağlıdır. “Qələt eləyib bələdiyyə seçkilərinə qatılıb. Buna görə yazırlar. Başqa nə üçün ola bilər? Oğlum təsərrüfatla məşğuldur. İndi yolda reydə düşə bilər. Məgər başqa adamlar reydə düşmür? Burda qeyri-adi nə var ki? Yoxlayıb sərbəst buraxırlar”.

YAP-ın sədri hesab edir ki, oğlu barədə yayılan məlumat onun özünü də hədəfə gətirmək məqsədi daşıya bilər:

“Sabirabadda seçkilərə hazırlıq yüksək səviyyədə gedir. Ola bilər məni istəməyənlər belə şeylərlə adıma qara yaxmaq istəyirlər. Mən qəti şəkildə deyirəm ki, belə bir şey yoxdur. Oğlum yoldadır, evinə gəlir. Mən də öz evimdəyəm. Heç bir həbs yoxdur. Adamı belə vurmazlar, adama belə çamur atmazlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər