Tarix: 15-09-2016 09:07 | Bölmə: Cəmiyyət
Bu gün ölkəmizdə Bilik Günü qeyd edilir. Rəsmi məlumata görə, bu tədris ilində ölkə üzrə I sinfə 164 033 nəfər gedəcək. 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı 1 415 242 nəfər olacaq.
Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagirdin təhsil alacağı bildirilir.
Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəbin istifadəyə veriləcəyi də qeyd edilir. Eyni zamanda 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.
Həmçinin yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunaraq istifadəyə veriləcək.
Bölməyə aid digər xəbərlər