DİN-dən seçki açıqlaması: "İctimai asayişin kobud surətdə pozulmasıi faktı qeydə alınmayıb"
Tarix: 09-02-2020 21:25 | Bölmə: Cəmiyyət
DİN-dən seçki açıqlaması: "İctimai asayişin kobud surətdə pozulmasıi faktı qeydə alınmayıb"

Fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb: "Polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb".




Bölməyə aid digər xəbərlər
Dünən, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq