Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlanıb - Rəsmi açıqlama
Tarix: 05-03-2020 14:38 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlanıb - Rəsmi açıqlama

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır:

"Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilmişlər.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir".

Xatırladaq ki, bundan əvvəl Azərbaycanda 3 nəfərdə bu virus aşkarlanıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}