"Bəzən insanlar təbiəti o qədər istismar edib ki..." - Şeyxdən koronavirusla bağlı açıqlama
Tarix: 04-04-2020 15:23 | Bölmə: Cəmiyyət
"Bəzən insanlar təbiəti o qədər istismar edib ki..." - Şeyxdən koronavirusla bağlı açıqlama

"Mən özüm heç evdə qalmayan insan kimi bu məsələnin nə qədər çətinliklərinin olduğunu görürəm. Bəzən insanın sadəcə telefonla ehtiyacı var ki, deyəsən səbr elə və hər şey yaxşı olacaq. Heç olmasa, bunu ailə üzvlərimizə deməliyik. Bu, bizim üçün böyük imtahandır".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.

O bildirib ki, bu gün bəzi insanlar alim olmasa da, alimlik edirlər: "Baş verənləri Allahla əlaqələndirirlər. Bəzən insanlar təbiəti o qədər istismar edib ki, bu gün təbiət insana dözmür. Lakin bu gün həmin insanlar aciz qalıb"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}