13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Təhsil Nazirliyi: “Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”
Tarix: 28-04-2020 16:51 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi: “Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”

“Məktəblərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda tədris tədricən bərpa olunmalıdır.

“Azərbaycan koronavirusa pandemiyasına çevik reaksiya verməsi ilə nümunə oldu. Bu baxımdan istəməzdik ki, hansısa tələsik addım daha böyük fəsadlara səbəb olsun”, - deyə nazir müşaviri vurğulayıb.

E.Məmmədov tədrisin bərpası ilə bağlı mütəmadi olaraq təxribat xarakterli məlumatların yayıldığını vurğulayıb. O, ictimaiyyəti rəsmi qurumların məlumatlarına istinad etməyə çağırıb/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər