13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Daha bir icra başçısının həbs xəbəri yayıldı - Yenilənib
Tarix: 29-04-2020 13:22 | Bölmə: Cəmiyyət
Daha bir icra başçısının həbs xəbəri yayıldı - Yenilənib

Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyat keçirməsi barədə məlumat yayılıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumat yayan “Qafqazinfo” artıq İcra Hakimiyyətinin binasına girişin qadağan edildiyini bildirib.

Hətta icra başçısı Mahir Quliyev və bir neçə müavininin saxlanılaraq Bakıya gətirildiyi qeyd olunub.

Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Reyting.az xəbər verir ki, "BakuPost" Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsi tərəfindən Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyatla bağlı bəzi məlumatlar əldə edib.

Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.

Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, məşğulluq şöbəsinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər