Qənirə Paşayeva Baş Nazirə müraciət edib
Tarix: 02-06-2020 11:44 | Bölmə: Cəmiyyət
Qənirə Paşayeva Baş Nazirə müraciət edib

“Kənd təsərrüfatının inkişafı istiqamətində cənab Prezidentin rəhbərliyi ilə bir sıra layihələr həyata keçirilir. Amma suvarma sistemi problemi həll olunmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, il quraq keçərsə, bu il də məhsuldarlıq çox aşağı olacaq: “Tovuz rayonunun problemini həll edəcək iki böyük layihə var. Bununla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb. Baş Nazir Əli Əsədovu bu layihələrə dəstək verməyə çağırıram. Bunlardan biri Zəyəm çayı üzərində su anbarının tikilməsidir. Bu, həm də Şəmkirin bir çox kəndində kənd təsərrüfatının inkişafına səbəb olar. İkincisi isə Kür çayından su nasosları ilə kəndlərə su vurulmasıdır. Hörmətli Baş Naziri çox qısa zamanda bu layihələrə baxmağa çağırıram”.

APA




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər