11:05 / 05-09-2025
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
11:04 / 05-09-2025
Hökumənin atası: "Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib"
11:03 / 05-09-2025
Naxçıvanda istirahət mərkəzində platforma aşıb, 3 nəfər ölüb - Yenilənib
10:51 / 05-09-2025
Rusiya AZAL-ın vurulan təyyarəsinə görə təzminat ödədiyini deyir
10:35 / 05-09-2025
Dəbə minən müşavir təyinatları: dövlət büdcəsindən izafi pullar xərclənir
10:28 / 05-09-2025
“Ölüm yuxusu” gürcü dilində nəşr olunub - Foto
10:24 / 05-09-2025
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
10:02 / 05-09-2025
Cüdo Federasiyasında qalmaqal: İdmançının maaşı mənimsənilib
08:57 / 05-09-2025
Yeni film reytinq cədvəlində yüksək səs toplayıb - Foto
08:50 / 05-09-2025
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
08:43 / 05-09-2025
Çin nüvə arsenalını gücləndirir
08:28 / 05-09-2025
Peskov: Putinin Trampla görüşünü çox tez təşkil etmək olar
08:23 / 05-09-2025
Ledi Qaqa nişanlısı ilə yaxtada görüntülənib
08:16 / 05-09-2025
Pentaqon Venesuelanın təxribat xarakterli addımını pisləyib
08:09 / 05-09-2025
Ruslar Zelenskini Moskvada sınamaq istəyirlər
08:03 / 05-09-2025
Tramp Pentaqonla bağlı bəyanat verəcək
22:59 / 04-09-2025
Ermənilərin Bakıda növbəti məhkəməsi keçirilib
18:12 / 04-09-2025
Konfrans Liqası: "Samsunspor"un heyəti bəlli olub
18:08 / 04-09-2025
Türk klubu Hacı ilə anlaşıb
18:02 / 04-09-2025
Dövlət Xidməti "Telegram"dakı dələduzluq hallarını araşdırır
17:49 / 04-09-2025
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
17:30 / 04-09-2025
Avropaya yeni təhlükə yaranır
17:29 / 04-09-2025
Oleq Bakinski bəraət istəyir
17:22 / 04-09-2025
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
17:18 / 04-09-2025
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
17:13 / 04-09-2025
Rus ordusu xəstəxanaya üç hava bombası atıb
17:01 / 04-09-2025
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb
16:51 / 04-09-2025
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
16:38 / 04-09-2025
Əməkdar artist aparıcılıq edəcək
16:22 / 04-09-2025
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
18:20 / 31-08-2025

15:02 / 31-08-2025

08:55 / 01-09-2025

18:10 / 01-09-2025

16:05 / 02-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

19:47 / 01-09-2025

07:40 / 02-09-2025

07:23 / 01-09-2025

22:48 / 02-09-2025

13:53 / 01-09-2025

İran şahının türk məşuqəsi – Pəhləvi hökmdarı onun qəlbini niyə oğurlaya bilmədi? - Fotolar
Tarix: 11-08-2020 09:43 | Bölmə: Cəmiyyət

(Məhəmməd Rza şah və arvadı Sürəyya. 1950)
Günlərin bir günü türk gözəli Şerminin şöhrəti sərhədləri keçərək İrana da çatdıqda, Pəhləvi xanədanının hökmdarı Məhəmməd Rza şah hələ İran gözəli Sürəyya ilə evlənməmişdi.
Reyting.az “əl-Monitor”-a istinadla xəbər verir ki, bu hekayətin davamı uzun illər Yaxın Şərqdə çoxsaylı ehtimallar və dedi-qoduların daimi mövzusu olub.
Məhəmməd Rza şahın adı qalmaqallı eşq macəraları yaşamış Avropa və Amerikanın nüfuzlu şəxsləri sırasında olub, tez-tez adı Hollivudun zərif cinsdən olan ulduzları ilə əlaqələndirilib və həmişə sarı mətbuatın diqqətini çəkib.
Bu macəralarda türk gözəllərinin adı da hallanıb. O cümlədən müğənni Berna Egeli və Emel Sayının. Amma az bilinən bir sima var.

...Nazlının anası 1930-cu illərdə Türkiyənin Bağdaddakı səfiri olmuş şəxsin yeganə qızı idi. Gözəlliyi ilə məşhur olan 17 yaşlı bu qızın taleyi Nazlı Erayın "Səni bir yuxu kimi xatırlayıram" adlı kitabında əks olunub. Müəllif anasını "bir damla su qədər gözəl bir qız" kimi təsvir edib. Hətta şəklini kitabın üz qabığına da həkk edib.
Onu ilk dəfə görən kimi Məhəmməd Rza şahın ürəyini ovsunlayıb.
Yeri gəlmişkən, Şerminin fotosu 2003-cü ildə ABŞ hərbi hava qüvvələri tərəfindən məhv edilən və sonrakı iğtişaşlara qədər Bağdaddakı bir foto studiyanın vitrinində idi. Fotoda iki nəfər əks olunub: Şermin və əri Lütfullah Bütün.
...1930-cu ildə Türkiyənin Bağdaddakı səfiri Tahir Lütfi rəsmi görüşlərə qızı Şermini də aparır. Buna qədər də Şermin Türkiyə səfirliyindəki bütün gecə ziyafətlərində iştirak edir. Onun gözəlliyi dillərdə dastan idi. Bağdadın ictimai-siyasi mühitinə qədəm qoyduqda isə türk gözəlinin şöhrəti daha da artır.
Şermin tez-tez atası ilə birlikdə tennis oynamağa gedir. Nəhayət, Şermini tennis meydanında görən diplomatlardan biri türk gözəlinin şöhrətini İrana çatdırır.

Şah ilk andan Şerminin gözəlliyinə valeh olur. Vaxt itirmədən qızın evinə zümrüd sırğalar və bilərziklərlə dolu mücrü göndərir. Bu, yalnız sevginin izhar əlaməti deyil, həm də evlilik istəyi idi.
Mücrünü Türkiyənin Bağdaddakı səfirliyinə aparan elçilər onu səfirə çatdırdılar: "Bu qutunu qəbul etmək və ya bu zinət əşyalarından birini qutudan çıxarmaqla evlilik təklifini qəbul etdiyinizi göstərmiş olursunuz".
Amma Şermin təklifi rədd edir. Elçilər əlləri yanlarında sallanmış və məyus sima ilə Tehrana qayıdırlar.
Nümayəndə heyətinin geri dönməsini səbirsizliklə gözləyən Məhəmməd Rza şah mücrünü açılmamış görəndə pərişan olur. Bir neçə il sonra o, Sürəyya ilə evlənir.
Şahın Şerminə olan sonsuz sevgisi Şermin haqqında kitabın çap olunması ilə ortaya çıxıb. “Əl-Monitor”-a verdiyi müsahibədə Nazlı Eray macəranın təfərrüatlarını danışıb. Hekayəni anasından şəxsən eşidib-eşitmədiyi soruşulduqda, o deyib: "Dəfələrlə özü nəql edib!"
Bəs Şerminin Pəhləvi hökmdarı ilə evlilikdən imtinasının səbəbi nə idi?
Nazlı Erayın kitabında hekayətin davamı belə xatırlanır: “Anam Bağdadda illərlə yaşadıqdan sonra, nəhayət, atamla evləndi. O, uzun müddət anama qızılgül dəsti göndərirdi. Onların toyu Ankarada baş tutdu".

(Şermin və əri Lütfullah Bütün)
Müəllif yazır: "Atam zinət dolu mücrü ilə deyil, bir dəstə çiçəklə gözəl anamın qəlbini oğurlaya bildi”. Yəni Şermin bununla şahın səhv bir yol seçdiyini bildirmişdi.
Deyilənə görə, Şerminin Bağdadda da gizli bir aşiqi varmış. Bəs bu gizli məftun kim idi?
İran şahından başqa, Şerminə vurulan Kərkükdə yaşayan varlı bir türkmən ailəsinin kiçik oğluydu. Bağdad Universitetində tibb fakültəsinin tələbəsi olan gənc onu gecə məclislərində görmək üçün heç bir fürsəti əldən vermirdi. Doğrudur, sevgisi cavabsız qalmışdı.
Gənc bir neçə il sonra Türkiyəyə mühacirət edir. Sonra Hacıtəpə və Bilkent universitetlərini qurur və ölkənin Ali Təhsil Surasının sədri olur.
Bu, Ehsan Doğramaçı idi – yalnız Türkiyədə deyil, həm də dünyada tanınan və hörmət edilən, Avropa və Amerika universitetlərində dərs demiş həkim və pedaqoq, Türkiyədə ali təhsilin öncüllərindən biri, ali təhsil mövzusunda çoxsaylı beynəlxalq konfransların iştirakçısı və s.
Ölümündən 2 il əvvəl Doğramaçı qızına gözəl türk qızına olan sevgi hekayətini danışır. Uğursuz sevgisinin xatirəsinə qızına onun adını vermişdi – Şermin.
Ehsan Doğramacının ölümündən sonra qızı Nazlı Eraya zəng edir. Birlikdə nahar yeməyi yeyirlər. Şermin Nazlıya atasının eşq macərasını danışır və adının sirrini açıqlaylır.
Beləliklə, uzun illərin hekayəti üzərindən sirr pərdəsi götürülür.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:50
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
Dünən, 17:29
Oleq Bakinski bəraət istəyir
Dünən, 17:22
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
Dünən, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
Dünən, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
Dünən, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
Dünən, 09:28
İki yeniyetmə su kanalında boğulub
3-09-2025, 18:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
3-09-2025, 18:12
Tiktoker xanımın anası məhkəmədə dindirilib
3-09-2025, 16:09
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
3-09-2025, 15:30
Bəhruz Səmədovun apellyasiya şikayəti təmin etməyiblər
3-09-2025, 14:32
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
3-09-2025, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
3-09-2025, 13:26
Üç kollecə direktor müavini təyinatı olub
3-09-2025, 12:46
Sabah yağış yağacaq - Proqnoz
3-09-2025, 11:48
"Telegram" üzərindən yeni dələduzluq halları çoxalıb
3-09-2025, 10:45
Sertifikasiyadan kəsilən müəllimlər məhkəmədə iddia qaldırıblar
3-09-2025, 10:38
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
3-09-2025, 08:14
Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
2-09-2025, 17:45
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
2-09-2025, 17:27
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
2-09-2025, 16:50
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2-09-2025, 15:30
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
2-09-2025, 14:53
15 saylı həbsxanaya rəis təyinatı olub
2-09-2025, 14:44
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
2-09-2025, 12:37
417,5 kiloqram narkotiki ələ keçirib, 10 şübhəli tutulub
2-09-2025, 12:21
Sabahın hava proqnozu açıqlanıb
2-09-2025, 11:48
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs tutulub
2-09-2025, 10:35
Məktəbli geyimlərinin satıldığı ünvanlar... - Siyahı
2-09-2025, 08:15
Sudanda bir kənd uçqun altında qalıb
1-09-2025, 18:03
Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya çatıb
1-09-2025, 17:12
Sabiq rəisi hakim qarşısına çıxarılıb
1-09-2025, 16:03
Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
1-09-2025, 15:31
Lisey direktorunun ölkədən çıxışına “stop” qoyulub
1-09-2025, 12:15
Sabahın hava proqnozu açıqlanıb
1-09-2025, 11:54
Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artır - (Yenilənib+)
1-09-2025, 11:26
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
1-09-2025, 10:58
Məktəbli geyimləri və ləvazimatları bahalaşıb