09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək
Tarix: 11-08-2020 19:58 | Bölmə: Cəmiyyət
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Sabah Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə edilənlər 11 avqust tarixində Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 12 avqust tarixində saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi ayrılmış 5 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar/APA.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq