16:39 / 28-11-2024
Sabah qar yağacaq
Yol çəkilişi zamanı qədim tarixi abidə tapılıb - Fotolar
Tarix: 12-08-2020 10:30 | Bölmə: Cəmiyyət
Yol çəkilişi zamanı qədim tarixi abidə tapılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq Sərəncamı əsasında İsmayıllı rayonunda Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc-Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, yolun Kürdüvan kəndindən keçən hissəsində görülən tikinti işləri zamanı eramızdan əvvəl və bizim eraya aid yüzə yaxın məişət qabları, bəzək əşyaları, sikkələr və eləcə də tikili qalıqları tapılıb.

Əraziyə İsmayıllı rayon icra hakimiyyətinin başçısı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirib, aşkarlanan tapıntılarla tanış olublar.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər olunub. Artıq sözügedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.

Qeyd edək ki, Sara Aşurbəyli "Şirvanşahlar dövləti" əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmin dövrlərə aid məscidin qalıqlarıdır. Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, həmin məscid məhz bu ərazidə yerləşib.

Yol çəkilişi zamanı qədim tarixi abidə tapılıb
Yol çəkilişi zamanı qədim tarixi abidə tapılıb
Yol çəkilişi zamanı qədim tarixi abidə tapılıb
Yol çəkilişi zamanı qədim tarixi abidə tapılıbYol çəkilişi zamanı qədim tarixi abidə tapılıb
Yol çəkilişi zamanı qədim tarixi abidə tapılıb
Yol çəkilişi zamanı qədim tarixi abidə tapılıb




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər