Tarix: 27-01-2017 13:58 | Bölmə: Cəmiyyət
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) builki Həcc ziyarətinin qiymətini açıqlayıb. Belə ki, hacı olmaq istəyənlər üçün bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları civarındadır. Bu da təxminən 7600 manat edir. Eyni zamanda, builki Həcc mövsümündəazərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.
Belə fikirlər var ki, QMİ Həcc ziyarətinin gerçəkləşməsi ilə bağlı qiymətləri insanların iqtisadi durumuna görəmüəyyənləşdirməyib.
Qiymətlərin əhalinin büdcəsinə necə uyğun etmək olar?
Həcc ziyarətini həyata keçirən başqa şirkətlərin olması rəqabət mexnizminə necə təsir edər?
Reyting.az-ın xəbərinə görə, Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında səslənən suallara cavab verib.
"Həcc ziyarətinin qiymətlərinin yüksək olmasını Qafqaz Müsəlmanları İdarəsi müəyyən edir. 7-8 il bundan qabaq "Dini Etiqad Azadlığı haqqında” Qanuna bu məsələ əlavə olundu və Həcc ziyarəti, onun qiyməti yalnız QMİ-nin səlahiyyətinə aid edildi. Ona görədədigər şirkətlərin Həcc ziyarətinə insan aparması qanunla qadağandır. Hər hansısa şirkətlərin olması qanunaziddir. Həcc ziyarətini yalnız QMİ yolu ilə həyata keçirmək olar”.
Rafiq Əliyev QMİ ilə digər şirkətlər arasında yarana biləcək rəqabət məsələsinə də toxunaraq deyib ki, əslində, qiymətlərin yüksək olması ilə bağlı hər hansı təklifin edilməsi yalnız rəqabətlə müəyyənləşir. "Rəqabətin olmaması səbəbindən qiymətləri yalnız bir adam təşkil edir. İkinci təklifdən söhbət belə gedə bilməz. Rəqabət olmayan bir şəraitdə bazarda qiyməti əgər monopolist müəyyən edirsə, onun da dediyi olur.
Bu da o anlama gəlir ki, maddi durumuna görə Həcc ziyarətini ya gerçəkləşdirə, ya da təxirə sala bilərsən. Yəni pulun varsa gedəcəksən, yoxdursa getməyəcəksən. Eyni zamanda, rəqabət olarsa, seçim etmək imkanı da olar. Qanun o rəqabəti aradan götürür. Ona görə də qiymətlərin aşağı endirilməsi istiqamətində hər hansı təklif verməyin əhəmiyyəti yoxdur”,-deyə sabiq komitə sədri bildirib.
Bölməyə aid digər xəbərlər