09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ölkəmizdə koronavirusa 163 yeni yoluxma qeydə alınıb, ölən var - Foto
Tarix: 11-09-2020 16:38 | Bölmə: Cəmiyyət
Ölkəmizdə koronavirusa 163 yeni yoluxma qeydə alınıb, ölən var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Reyting.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 108, bu günə qədər isə ümumilikdə 995 376 test icra olunub.





Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq