Azərbaycanda ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq edilib
Tarix: 28-09-2020 16:43 | Bölmə: Cəmiyyət
Azərbaycanda ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq edilib

Azərbaycanda ödənişsiz VPN (Virtual Private Network – Virtual Özəl Şəbəkə) xidmətləri istifadəçilərin şəxsi məlumatlarının satışı ilə gəlir əldə edir.

Reyting.az
xəbər verir ki, bu barədə İnnovasiya Agentliyinin məlumatında deyilir

Qeyd olunub ki, bu tipli şirkətlərin çoxunun məqsədi təhlükəsizlik və məlumatlarınızın qorunması deyil, "pulsuz" xidmət vasitəsi ilə mümkün qədər çox istifadəçi cəlb edib, onların şəxsi məlumatlarını satmaqdır. VPN texnologiyası vasitəsi ilə internetə çıxış aralıq server vasitəsilə həyata keçirilir.

"Ödənişsiz VPN-lərin 72 %-i sizin məlumatlarınızı 3-cü tərəflərə ötürür. Yəni daxil olduğunuz saytlar, yazdığınız mesajlar - hər bir məlumat 3-cü şəxslərə əlçatan olur. Bu məlumatlar analiz üçün, ödəniş və digər məxfi məlumatların oğurlanması üçün istifadə oluna bilər. Ödənişsiz VPN-lərin 38%-i zərərverici proqram daşıyıcısıdırlar", - məlumatda bildirilir.

Əlavə olaraq bildirilib ki, ödənişsiz VPN-lər üzərindən gələn trafik dəyişdirilərək istifadəçi cihazına istənilən zərərli proqram təminatı və arzuolunmaz reklam yerləşdirilə bilər. Məhz buna görə onlardan istifadə etmək tövsiyə olunmur.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər