Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il açılacaq
Tarix: 18-11-2020 14:06 | Bölmə: Cəmiyyət
Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il açılacaq

"Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncama əsasən, yeni yolda layihələndirmə və tikinti işləri eyni anda aparılır”.

Bunu “Report” a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, 101,5 km-lik yol I texniki dərəcəyə uyğun tikilir. Onun eni 40 metr olacaq. Yolda gediş-gəlişli olmaq 4 əsas, 2 isə əlavə, ümumilikdə 6 hərəkət zolağının inşası nəzərdə tutulub.

"Qarşıdan qış mövsümü gəlir, iş açıq hava şəraitində işlər aparılır. Gələn il Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisinin yekunlaşdırılması planlaşdırılır. Yolun bir hissəsini tikib qurtardıqdan sonra nəqliyyat vasitələrinin hərəkətinə imkan yaradılacaq. Yolun tikintisinə həm yerli, həm də xarici mütəxəsislərin, podratçı şirkətlərin cəlb edilməsi nəzərdə tutulur", - deyə o, qeyd edib.

Xatırladaq ki, sözügedən sərəncamla bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan AAYDA-ya ilkin olaraq 50 milyon manat ayrılıb.

Noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Onlar yeni layihənin icrasının gedişi ilə tanış olublar.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər