12:29 / 14-05-2025
Sabah leysan yağacaq
Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb
Tarix: 18-11-2020 15:40 | Bölmə: Cəmiyyət
Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə başlayıblar.

Bunu MTRŞ-nin Aparat rəhbəri, sədrin köməkçisi Fazil Novruzov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki teleradio yayımı üçün infrastruktur ya tamamilə dağıdılıb, ya da Ermənistanın televiziya və radiolarını yayımlamaqdan ötrü istifadə olunub:

“Artıq bərpa işləri bitəndən sonra Azərbaycanda lisenziya almış bütün ölkə radio və televiziyaları orada yayımlanacaq. Bu da bir az vaxt alacaq”.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən isə bildirilib ki, yeni avadanlıqlar alınaraq azad edilmiş ərazilərə aparılıb: “Yenidənqurma işləri aparılır. Hər şey yüksək səviyyədə təşkil ediləcək”/Report




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq