Beyləqanda yaşadığı evi qanunsuz tərk edən COVID-19 xəstəsi saxlanılıb
Tarix: 26-11-2020 10:46 | Bölmə: Cəmiyyət
Beyləqanda yaşadığı evi qanunsuz tərk edən COVID-19 xəstəsi saxlanılıb

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 testi müsbət çıxmış rayon sakini M.Abışov ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Xüsusi karantin rejimin tələblərini pozaraq qanunazidd davranan həmin şəxs rayonun Dünyamalılar kəndi ərazisində aşkar edilərək yaşadığı ünvana geri qaytarılıb.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər