Daha iki COVİD-19 xəstəsinə cinayət işi açılıb
Tarix: 27-11-2020 17:50 | Bölmə: Cəmiyyət
Daha iki COVİD-19 xəstəsinə cinayət işi açılıb

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – H.Rzayev və F.Muradova koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq, yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldqıları müvafiq ünvanlara aparılıb.

Ağcabədi RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər