Ölkəmizdə pandemiya ilə bağlı qadağalar sərtləşdirilə bilər
Tarix: 29-11-2020 23:43 | Bölmə: Cəmiyyət
Ölkəmizdə pandemiya ilə bağlı qadağalar sərtləşdirilə bilər

Azərbaycanda koronavirusa yoluxma hallarının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək.

Reyting.az
-ın məlumatına görə, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, yoluxma sayının artması səbəbindən bir çox ölkələrdə sərt təbirlərə, məhdiyyətlərə başlayırlar:

"Bütün ölkələrin çarpayı və tibbi personal sayı məhduddir. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. İnsan maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".

V. Əliyev əlavə edib ki, artıq virusa təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır.(Trend)




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər