20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 30-11-2020 13:02 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Dekabrın 1-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, dekabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq