Komitə: "İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır"
Tarix: 30-11-2020 18:39 | Bölmə: Cəmiyyət
Komitə: "İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır"

“İsveçdə yandırılan restoran “Ağdam” restoranıdır, bununla bağlı Komitənin məlumatı var”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı deyib.

O, bunun təxribat olduğunu bildirib.

“Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Sığorta şirkəti tərəfindən restorana dəymiş ziyan hesablanır. Hadisə barədə yeni məlumatlar olduqca, ictimaiyyətə çatdırılacaq", - deyə V. Vahidqızı əlavə edib/APA.

Qeyd edək ki, ötən gün gecə saatlarında İsveçdə "Garabag" restoranın yandırılması ilə bağlı məlumat yayılmışdı. İlkin məlumata əsasən, hadisəni ermənilər törədib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər