Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Tarix: 01-12-2020 10:12 | Bölmə: Cəmiyyət
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elmin Qantayevə ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Ancaq koronavirus daşıyıcısı olan E.Qantayev qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən o, idarə etdiyi avtomobillə şəhər ərazisində hərəkətdə olan zaman saxlanılıb və müəyyən edilmiş tibbi prosedurlar da gözlənilməklə E.Qantayev koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Onun barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər