Nazir məktəb direktorlarını dərs saatlarını qeyri-düzgün bölməkdə ittiham edib
Tarix: 02-12-2020 17:29 | Bölmə: Cəmiyyət
Nazir məktəb direktorlarını dərs saatlarını qeyri-düzgün bölməkdə ittiham edib

“Qeyri-mərkəzləşdirilmiş sistem etimad və inama bağlıdır. Hazırda məktəb direktoru seçmə məsələsi bir tərəfə qalsın, hansı məktəbdə hansı fənni neçə saat dərs demək lazım olduğunu da Təhsil Nazirliyi müəyyən edir. Çünki hətta bu şərtlər çərçivəsində belə biz hər il bir neçə məktəb direktorunun həmin saatları qeyri-düzgün bölməkdə, paylamaqda problemlərini görürük”.

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, 7 ildir müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada keçirilsə də, aparılan yoxlama nəticəsində ildə çox olmasa da, az sayda imtahandan kənar işə qəbul cəhdləri olur:

“Son neçə illərdir ki, təhsil sistemində “günahkarı tapıb cəzalandırmaq” modelinə inanırıq, ancaq nəticə eyni olaraq qalır. Odur ki, qaydalara əməl edilsə, ona kimin nəzarət edəcəyi o qədər də vacib deyil”/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər