TƏBİB: "Azərbaycan ÜST-ün təsdiqləmədiyi koronavirus əleyhinə peyvəndi almayacaq"
Tarix: 02-12-2020 17:40 | Bölmə: Cəmiyyət
TƏBİB: "Azərbaycan ÜST-ün təsdiqləmədiyi koronavirus əleyhinə peyvəndi almayacaq"

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ÜST peyvəndi təsdiqləyərsə, o zaman əldə olunacaq.

"Vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq", - deyə TƏBİB-dən bildirilib/APA.

Qeyd edək ki, Böyük Britaniya koronavirusa qarşı dünyada birinci olaraq Pfizer-BioNtech vaksinini istifadə üçün bəyənib.

Vaksinin gələn həftədən bütün ölkə üzrə tətbiqinə başlanılacaq. Koronavirusa qarşı Pfizer-BioNtech vaksini ÜST tərəfindən hələlik təsdiqlənməyib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər