Nazirlik əhaliyə növbəti dəfə xəbərdarlıq edib
Tarix: 03-12-2020 11:26 | Bölmə: Cəmiyyət
Nazirlik əhaliyə növbəti dəfə xəbərdarlıq edib

Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı, ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdırlar.

Reyting.az
xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin müraciətində yer alıb.

Nazirliyin məlumatına görə, ötən gün yaşayış yerini tərk edən 27 koronavirus xəstəsi müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlanılıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

Nazirliyin müraciətində qeyd olunur ki, pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcridə əməl etməli, özünütəcrid tədbirlərinə ciddi yanaşmalıdırlar.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq