Xəzərin sahilində 20-yə yaxın suiti ölüsü aşkarlanıb
Tarix: 06-12-2020 18:21 | Bölmə: Cəmiyyət
Xəzərin sahilində 20-yə yaxın suiti ölüsü aşkarlanıb

Xəzər dənizinin Rusiya sahillərinə düşən hissəsində ölü suitilər aşkar edilib.

Bu barədə "RİA Novosti” xəbər verir  ki, Mahaçqala sahillərində 17 ölü suiti tapılıb. Videolar sosial şəbəkələrdə yayılıb.

Dağıstanın Təbii Sərvətlər və Ekologiya nazirinin müavini Azamat Hüseynbekov bildirib ki, suitilərin ölüm səbəbi aydınlaşdırılacaq və məlumatlar aidiyyəti şöbələrə veriləcək.

Rusiyanın əməkdar xilasedicisi Ziyavdin Nikomaqomedov isə bildirib ki, Mahaçqalanın sahilləri çox çirklidir və dənizə axıdılan sular təmizlənmir/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq