COVID-19 xəstəsi olan ata və oğula cinayət işi açılıb
Tarix: 07-12-2020 13:05 | Bölmə: Cəmiyyət
COVID-19 xəstəsi olan ata və oğula cinayət işi açılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstələri, rayonun Hacıhüseynli kənd sakinləri Kamal Abdurahmanov və oğlu Seymur Abdurahmanov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan ata və oğul karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk ediblər. Onların yaşadıqları evi tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyən edilən tibbi prosedurlar gözlənilməklə K.Abdurahmanov və S.Abdurahmanov yaşadıqları evə qaytarılıblar.

Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər