ÜST koronavirusa qarşı peyvəndin məcburi olmasını doğru saymır
Tarix: 08-12-2020 09:39 | Bölmə: Cəmiyyət
ÜST koronavirusa qarşı peyvəndin məcburi olmasını doğru saymır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə peyvəndin vurulmasının məcburi olmasını doğru saymır.

Təşkilatın İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O Brayen deyib ki, məcburi vaksinləmə yolu ilə getməyi düşünmür.

Bir qədər əvvəl analoji fikirlə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan da çıxış edib.

Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada koronavirusa 67 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 46 milyon insan sağalıb, eyni zamanda 1,5 milyondan çox pasiyent təhlükəli infeksiyanın qurbanı olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər