Hikmət Hacıyev: "İndiyədək 266 koronavirus xəstəsinə cinayət işi açılıb"
Tarix: 08-12-2020 15:18 | Bölmə: Cəmiyyət
Hikmət Hacıyev: "İndiyədək 266 koronavirus xəstəsinə cinayət işi açılıb"

“Vətəndaşlar tərəfindən maskaların taxılması və sosial məsafə qaydalarına əməl edilməlidir. Ölüm hallarının baş verməsi hər birimizi narahat edir”.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O xatırladıb ki, bəzən koronavirusa yoluxmuş şəxslərin küçələrdə gəzməsi halları baş verir:

“Bilərəkdən bunun həyata keçirilməsi digər insanların həyatını təhlükədə qoymaq deməkdir. 2020-ci ildə yaşayış yerini tərk edən koronavirus xəstələri barədə 266 cinayət işi açılıb. Həmin işlərdən 7-nə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün isə istintaqı tamamlanaraq məhkəməyə göndərilib”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq