Təhsil sahəsində kadr dəyişikliyi edilib - Təyinat
Tarix: 08-12-2020 19:33 | Bölmə: Cəmiyyət
Təhsil sahəsində kadr dəyişikliyi edilib

Şamaxı Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub.

Reyting.az
xəbər verir ki, Babayev Məsud Nizami oğlu Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, M. Babayev 25 aprel 1977-ci ildə Şamaxı rayonunun Yenikənd kəndində anadan olub.

1982-1989-cu illərdə Şamaxı rayonu, Ə. Məmmədov adına Göylər kənd 1 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseydə təhsil alıb.

2015-ci ildən bu ilin iyul ayına kimi Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə, iyul ayından isə Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb.(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq