İlanlı dağın şahini - tariximizi qanı ilə yazanlardan biri də Elnur Quliyevdir - Video
Tarix: 08-12-2020 20:36 | Bölmə: Cəmiyyət
İlanlı dağın şahini - tariximizi qanı ilə yazanlardan biri də Elnur Quliyevdir

Vətən müharibəsində şəhid olan igidlərimizdən biri də mayor Elnur Quliyevdir. E. Quliyev hərbi hissə komandirinin müavini kimi arxa cəbhədə qalmalı olsa da, bununla razılaşmayıb. Zabit heyəti və tabeliyində olan əsgərlərlə birgə Füzuli rayonunun Horadiz kəndini və daha bir neçə yüksəkliyi işğalçılardan azad edərək İlanlı dağa bayrağımızı sancıb.

Reyting.az
-ın ATV-yə istinadla verdiyi məlumata görə, şəhid anası Marusa Həsənova deyib ki, hələ uşaqlıqdan oğlunun arzusu hərbçi olmaq imiş: “Uşaq olarkən avtomat düzəldib oynayırdı. Elnur Vətəni valideynlərindən üstün tuturdu. Qayğıkeş və mehriban idi”.

Şəhidin atası Eldar Quliyev sözlərinə görə, Füzulidə Qarğabazarı kəndinin yaxınlığında İlanlı dağı adlanan ərazidə 25-30 əsgərimiz mühasirəyə düşür: “Bunlar kəşfiyyatçı idi. Üz-üzə döyüşdə ermənilərin səngərlərini alaraq onları məhv ediblər. Əsgərlərimizi mühasirədən çıxarıblar. Lakin Elnur düşmən snayperinin gülləsinə tuş gələrək doğulduğu Füzuli torpağında şəhidlik zirvəsinə ucalıb”.

Qəhrəman zabitimiz Şəhid olacağını sanki hiss edirmiş. Mayor rütəsi alarkən Elnurun azyaşlı övladı ilə belə bir dialoqu olur:

- Ata, mayordan sonra hansı rütbə gəlir?

- Şəhidlik rütbəsi!


Elnur canından çox sevdiyi Vətən yolunda şəhid olsa da, iki övladı böyüyür.

Allah Şəhidimizə rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq