"Facebook Messenger"də nasazlıq yaranıb
Tarix: 10-12-2020 18:08 | Bölmə: Cəmiyyət
"Facebook Messenger"də nasazlıq yaranıb

Bir sıra ölkədə "Facebook Messenger" tətbiqinin istifadəçiləri xidmətdə nasazlığı yarandığını bildirib.

Məlumata görə, "Messenger"in işindəki nasazlıq günün ikinci yarısından başlayaraq Böyük Britaniya, Yunanıstan, Polşa, Belçika, Niderland, Avstraliya və neçə digər ölkədə qeydə alınıb. Eyni hal Azərbaycanın internet məkanında da müşahidə olunur.

"Downdetector"un məlumatına görə, "Messenger" istifadəçilərinin 52%-i mesajın alınması, 31%-i server, 16%-i isə avtorizasiya ilə bağlı problemlərin olduğunu bildirib/APA.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq