Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırıb
Tarix: 11-12-2020 08:54 | Bölmə: Cəmiyyət
Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırıb

Avstraliyanın Kvinslend Universiteti və “CSL Limited” şirkətinin hazırladığı koronavirus peyvəndlərinin sınaqları bir sıra könüllülərdə qeyri-düzgün immun çatışmazlığı virusu testləri nəticələrinin yaranmasından sonra dayandırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə preparatın istehsalçılarının bəyanatında bildirilir.

"CSL və Avstraliya hökuməti peyvəndin hazırlığının ikinci və üçüncü sınaq mərhələlərinin keçirilməməsi barədə razılığa gəliblər. Birinci mərhələ davam edəcək", - açıqlamada qeyd edilir.

Eyni zamanda peyvəndin istehsalçıları vaksinin HİV infeksiyasına səbəb ola bilməyəcəyini vurğulayıblar. Qeyd edilir ki, standart nəzarət testləri test iştirakçılarının insan immun çatışmazlığı virusu olmadığını təsdiqləyib.(Report)




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər