İctimai Birlikdən gənc alimlərə və mütəxəssislərə dəstək layihəsi - Fotolar
Tarix: 26-11-2020 17:03 | Bölmə: Cəmiyyət
İctimai Birlikdən gənc alimlərə və mütəxəssislərə dəstək layihəsi

“Gənc Aqrarçı Alim və Mütəxəssislərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinin qalibi olub. “Fermerlərin istehsal etdiyi məhsullarda zoonoz infeksion xəstəliklərin qarşısnın alınması istiqamətində maarifləndirmə” adlı layihə Quba rayonunda icra edilib.

Layihənin məqsədi aparılacaq müvafiq tədbirlər nəticəsində fermerlərin istehsal etdikləri məhsullarda zoonoz infeksion xəstəliklərinin qarşısının alınmasına, infeksion xəstəliklərdən qorunmaya, insanlarda bu yöndə yaranacaq vərdişlərin təbliğinə və sağlam məhsullarla təminata nail olmaqdır.

Layihənin icra müddətində Quba rayonunda istehsalçı və istehlakçılar arasında 2 dəfə sorğular keçirilib. Layihənin davamlılığını təmin etmək məqsədilə rayon əhalisi arasında “Antropozzonoz xəstəliklər” adlı kitab, “Qarayara” və “Bruselyoz” adlı bukletlər çap edilərək paylanıb.

Layihənin icrasında Baytarlıq Elmi-Tədqiqat İnstitutu, AQTA-nın Quba Regional Mərkəzi, Quba Dövlət Aqrar İnkişaf Mərkəzi və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzi yaxından iştirak edib.

Birlik əməkdaşları layihənin əhali arasında davamlılığını təmin etmək və xəstəliklərdən qorunma ilə bağlı təkliflərini qeyd olunan qurumlara işçi qaydada təqdim edib.






Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər