Heydər Əliyev Fondu 18 yaşadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edir
Tarix: 08-02-2021 12:11 | Bölmə: Cəmiyyət
Heydər Əliyev Fondu 18 yaşadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edir

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər növbəti dəfə insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.

Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir.

Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir.

Layihə üzrə şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq