Şahzadənin oğlu ağır cinayətlərdə ittiham olunur - Fotolar
Tarix: 19-08-2025 08:48 | Bölmə: Cəmiyyət
Şahzadənin oğlu ağır cinayətlərdə ittiham olunur

Norveç Krallığının vəliəhd şahzadəsinin oğluna 32 cinayət, o cümlədən təcavüz ittihamı irəli sürülüb.

Reyting.az
"Reuters"-ə istinadla xəbər verir ki, prokurorluq 28 yaşlı Marius Borq Heybiyə, yəni Norveç şahzadəsi Hokonun ögey oğluna, həmçinin şahzadə tacının yeganə namizədi sayılan Mette-Maritin doğma oğluna qarşı 32 maddə üzrə ağır ittiham elan edib.



Heybi ev zorakılığında, eyni zamanda da dörd təcavüzdə ittiham olunur. Bildirilir ki, hətta o, baş verən hadisələrin bəzilərini videoya da çəkib.

Heybinin vəkili deyib ki, şahzadənin oğlu qəti şəkildə ona qarşı irəli sürülmüş ən ağır ittihamları rədd edir, lakin o, bəzi yüngül ittihamları etiraf etməyə hazırdır.

Heybi 2026-cı ilin yanvarında məhkəmə qarşısına çıxarılacaq. Norveç prokurorluq orqanlarının iddia etdiyi kimi, əgər Heybi sadalanan cinayətlərdə suçlu bilinərsə, şahzadənin ögey oğlunu on ilədək həbs cəzası gözləyir.



Marius Borq Heybi Mette-Maritin əvvəlki münasibətlərindən olan yeganə oğludur. Marit 2001-ci ildə Norveç taxtının varisi ilə evlənib. Bu nikahdan şahzadənin daha iki övladı dünyaya gəlib.

Həmçinin "Reuters" xatırlatmasında qeyd edir ki, Heybiyə qarşı qalmaqallı istintaq hələ 2024-cü ildə başlanıb. Həmin vaxt o, qısa müddət ərzində digər bir cinayətinə görə saxlanılmışdı.

Nəşrin yazdığına görə, ölkədə çox böyük səs-küy yaradan bu istintaq işi müəyyən mənada bəzi narahatlıqlara səbəb olur. Lakin bir çoxlarının fikrincə, bu cür xoşagəlməz hadisələr heç zaman Norveç krallığının nüfuzunu sarsıda bilməz. Çünki Norveç şahzadəsi olan Hokonun ögey oğlu kimi Marius Borq Heybenin nə şahzadə titulu, nə də qanuni taxt-taca varislik hüququ var.




Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
13-08-2025, 18:03 Tiktoker qəzaya düşüb