Azərbaycanlı reperə 4 il həbs cəzası verilib
Tarix: 15-04-2021 15:30 | Bölmə: Cəmiyyət
Azərbaycanlı reperə 4 il həbs cəzası verilib

Moskvada avtomobillə üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, Moskvanın Xamovniçeski Məhkəməsinin hökmü ilə E. Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan və 3 il sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, E. Quliyev ötən il Moskvanın mərkəzində idarəetməni itirərək avtomobillə yol kənarındakı üç piyadanı vurub. Piyadalar ağır bədən xəsarətləri alıblar/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}