Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
Tarix: 16-04-2021 11:49 | Bölmə: Cəmiyyət
Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub

Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

***

Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayram oğlu şəhid olub.

Hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhum Ağstafa rayonunun Pirli kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Ağstafa rayonunun Pirli kəndindən olan əsgər İ.Bayramov Vətən müharibəsinin iştirakçısı olub. O, Prezident İlham Əliyevin ötən ilin dekarbrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib/Report.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}