16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xırdalanda DOST mərkəzi açılacaq
Tarix: 07-05-2021 12:34 | Bölmə: Cəmiyyət
Xırdalanda DOST mərkəzi açılacaq

"Növbəti DOST mərkəzi Abşeron rayonunda, Xırdalanda açılacaq. Bu, 6 saylı DOST mərkəzi olacaq".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial saat”da çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

Onun sözlərinə görə, Bakıda isə 5 saylı DOST mərkəzinin açılması gözlənilir:

“Bununla bütün Bakını əhatə edəcəyik. Bundan əlavə, ən yaxın coğrafiyada Bərdə və Quba DOST mərkəzlərinin də açılması nəzərdə tutulur. Bunlardan sonra, planda Gəncə DOST mərkəzinin açılmasıdır. Bura sosial xidmət mərkəzi kimi olacaq, həm DOST mərkəzi, həm də əlillər üçün reabiltasiya, protez vasitələri orada təqdim olunacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}