Müəllim olmaq istəyən 195 nəfər təkrar müsahibəyə cəlb olunub
Tarix: 07-05-2021 12:49 | Bölmə: Cəmiyyət
Müəllim olmaq istəyən 195 nəfər təkrar müsahibəyə cəlb olunub

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək müvafiq komissiya tərəfindən uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunur.

Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərin apellyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçirilir: "Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya prosesi 7-8 may tarixlərini əhatə edəcək. Onlayn müsahibələrdə apellyasiya komissiyası tərəfindən namizədlərin müvafiq bilik və bacarıqları yoxlanılacaq".

Qeyd edək ki, müraciətlər əsasında 195 namizəd apellyasiya müsahibəsinə dəvət olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}