Dövlət Komissiyasında dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib
Tarix: 18-06-2021 19:56 | Bölmə: Cəmiyyət
Dövlət Komissiyasında dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, iclasda Komissiyanın üzvləri və təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.

İclas zamanı, dəymiş ziyanın aradan qaldırılması sahəsində indiyə qədər görülmüş işlərə dair məlumatlar dinlənilib, konkret istiqamətlər və işlərin sürətləndirilməsinə dair tapşırıqlar verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}