Samuxda gənc müəllimə intihar edib
Tarix: 19-06-2021 23:32 | Bölmə: Cəmiyyət
Samuxda gənc müəllimə intihar edib

Samux rayonunda intihar hadisəsi qeydə alınıb.

Hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Arzu Nazim qızı Məmmədova yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Əslən Kəlbəcər rayonundan olan A.Məmmədovanın Kəlbəcər rayon 47 nömrəli tam orta məktəbin müəlliməsi olduğu bildirilir. A.Məmmədova bir neçə il öncə də intihara cəhd edib. Lakin, yaxınları tərəfindən xilas edilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}