15:59 / 16-07-2025
Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
15:48 / 16-07-2025
Paşinyan: Zəngəzur yolunda tək ABŞ deyil, digər ölkələr də maraqlıdır - (Yenilənib)
15:41 / 16-07-2025
Rusiya neftinin dəniz yolu ilə daşınması artıb
15:19 / 16-07-2025
Konsertdə söyüş söyən reper saxlanılıb
15:12 / 16-07-2025
Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub
14:59 / 16-07-2025
Sumqayıtda iki nəfər 67 kq narkotiklə saxlanılıb
14:56 / 16-07-2025
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
14:45 / 16-07-2025
Bakıda qadın güllələnib
14:44 / 16-07-2025
Oğuzda üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
14:15 / 16-07-2025
Fransa və daha iki müttəffiqi Ukraynaya silah almaqdan imtina edir
13:51 / 16-07-2025
Böhran ssenarisi: qatarlar 18 milyon insanı qoruyacaq
13:42 / 16-07-2025
Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanı ziyarət edib
13:25 / 16-07-2025
Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşüb - Fotolar
13:19 / 16-07-2025
Həbsdəki sabiq icra başçısı: "4 ildən artıqdır ki..."
13:01 / 16-07-2025
General vəzifədən azad edilib? - Açıqlama
12:42 / 16-07-2025
Sabah 40 dərəcə isti olacaq
12:39 / 16-07-2025
Avropa liderləri Trampı razı sala biliblər
12:30 / 16-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
12:18 / 16-07-2025
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Fotolar
12:17 / 16-07-2025
Qarabağ separatçılarının İrəvandakı binası əllərindən alınır
12:11 / 16-07-2025
Finlandiya rus və belaruslara yeni qadağa tətbiq edib
12:04 / 16-07-2025
Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq
11:57 / 16-07-2025
Zəngəzur dəhlizi məsələsi müzakirəyə çıxarılıb
11:47 / 16-07-2025
DİM sədri: "Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir"
11:22 / 16-07-2025
İran Oman dənizində bir tankeri ələ keçirib
11:08 / 16-07-2025
“Qumar kralı”nın adamları azadlığa buraxılıb
11:01 / 16-07-2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq - Foto
10:54 / 16-07-2025
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
10:35 / 16-07-2025
Ruslar Vinnitsa şəhərinə hücum edib
10:26 / 16-07-2025
Ukrayna hansı silahları alacaq? - Qiymətlər
14:26 / 14-07-2025

12:27 / 12-07-2025

15:19 / 12-07-2025

06:13 / 13-07-2025

13:30 / 13-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

21:16 / 11-07-2025

09:15 / 14-07-2025

19:05 / 11-07-2025

17:32 / 11-07-2025

18:02 / 11-07-2025

Ermənistanda müftə peyvənd: İrəvan nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı - Foto
Tarix: 07-07-2021 12:57 | Bölmə: Cəmiyyət

Dünyada COVID-19-a yoluxma bir həftə ərzində 3 faiz artıb.
Reyting.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ötən həftə 2.68 milyondan çox koronavirusa yoluxma və 54 min ölüm halı qeydə alıblar.
ÜST-nin Cenevrədəki qərargahından iyulun 6-da verilən məlumata görə, əvvəlki yeddi günlə müqayisədə yoluxma sayı 3 faiz yüksəlib, ölüm nisbəti isə7 faiz azalıb və keçən ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
Təşkilat 26 iyun-4 iyul tarixləri arasında dünyada 2.688.651 yoluxma aşkar edib və 53.958 ölüm qeyd edilib. Təkcə iyulun 4-nə qədər ümumən 183.198.019 yoluxma və 3.971.687 xəstə ölümü statistik hesabatlara yazılıb.
ÜST bir həftə ərzində ən çox yeni infeksiya sayının Braziliyada qeydə alındığını bildirib (364.709). Onu Hindistan (312.250), Kolumbiya (204.556), İndoneziya (168.780) və İngiltərə (161.805) izləyir. Ən yüksək yoluxma nisbəti Seyşel adalarında (100 min əhaliyə 758 yeni hadisə), Monqolustanda (472), Kolumbiya (402), Namibiya (367) və Kiprdə (324) qeydə alınıb.
Amerikada yoluxma bir həftə ərzində azalıb (13%). Eyni zamanda, artım Avropada (30%), Afrikada (15%), Şərqi Aralıq dənizi hövzəsində (11%), Qərbi Sakit okean bölgəsində (10%) və Cənub-Şərqi Asiyada (7%) da qeydə alınıb.
Afrikada ölüm sayı xüsusilə artıb (23%). Ölüm sayında azalma Cənub-Şərqi Asiyada (12%) və Amerikada (11%) qeyd olunub. Avropada yeddi gündə 505 mindən çox insan COVID-19-a yoluxub və 6 mindən çox xəstə ölüb, Amerikada 990 mindən çox yeni yoluxma və 26 mindən çox ölüm qeyd edilib. Cənub-Şərqi Asiyada həkimlər 612 mindən çox yoluxma aşkar ediblər, 11 mindən çox insan ölüb.
ÜST bülleteninə görə, Hindistanda kəşf edildikdən sonra mütəxəssislərə 2020-ci ilin oktyabrından bəri məlum olan “Delta” ştammının "digər variantları tez bir zamanda üstələyəcəyi və yaxın aylarda dominant olacağı gözlənilir". Avropada bu ştamm ucbatından avqustun sonuna qədər yeni yoluxmaların 90 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
Bu cür bədbin proqnozların hakim olduğu dövrdə koronavirusun cənginə aldığı İrandan Ermənistana pulsuz “Corona” əleyhinə peyvənd səyahətləri geniş vüsət alıb.

Reyting.az bu mövzuya artıq bir dəfə müraciət edib.
Xatırladaq ki, son günlərdə sosial şəbəkənin İran kontentində Ermənistanda pulsuz COVID-19 əleyhinə peyvənd reklamaları yer alır. Ermənistana koronavirusa qarşı müftə peyvənd səyahəti bir çoxlarını şirnikləndirib. Çünki İranda koronavirus əleyhinə vaksinasiya kampaniyasında xeyli geriləmə var. Buna görə də, bəzi İran vətəndaşları 7-20 milyon tümən arası xərclə xarici ölkəyə riskli səyahətə baş vurub.
“BBC Farsi” və Almaniyanın “Deutsche Welle/Persian”ın "Ermənistana pulsuz peyvənd səyahəti" başlıqları ajiotajı bir az da böyüdüb və sadəlövh insanları qonşu ölkəyə səyahətə təşviq edib. Fürsətçilərə aldanmış iranlıların əksəriyyəti Tehran və İranın digər mərkəzi əyalətlərindən olan şəxslərdir. Onların böyük qismi Tehran-Culfa marşrutlu avtobusla sərhədə yetişdikdən sonra Ermənistanda gözləmədikləri vəziyyətlə qarşılaşıblar.
Əsasən Tehrandan İran-Ermənistan sərhədindəki Norduz keçid məntəqəsinə yetişənlər sonradan öyrəniblər ki, qonşu ölkədə rəsmi qaydada peyvəndləmədən kənar heç bir xidmət yoxdur. Hesablamaya görə, təxminən 7.800 nəfər İran-Ermənistan sərhədini adlayıb. Son 13 gündə sərhədin o tayından bu tayına, bu tayından otayına 4.413 nəfər keçib.
Deməli, məhz onlar “pulsuz COVID-19 peyvəndi səyahəti” fırıldağının qurbanı olublar. “Aydındır ki, Ermənistan hökuməti də iqtisadi faydaya görə xarici KİV-lərin xəbərlərinə şərh verməyərək susmağı üstün tutub”, – deyə İRNA-nın şərhində təəssüflə bildirilir.
İran mediası mövzunun cazibəsindədir. Aparıcı KİV-lər oxucularını saxta reklamlara inanmağa çağırırlar. "Comhuriye Eslami" isə ölkədə COVID-19 əleyhinə kampaniyanın uğursuzluğuna işarə edərək yazıb ki, "Bu utancverici vəziyyətdə, bəzi insanlar ABŞ-a "Korona" əleyhinə peyvənd verilməsi şüarını səsləndirir, digərləri isə bir neçə Avropa ölkəsindən yerli peyvənd üçün kütləvi sifarişlərin alındığından dəm vururlar".
Fakt budur ki, pulsuz peyvənd üçün Ermənistana yollananların çoxu əli ətəyindən uzun geri dönsə də, Ermənistanda, həqiqətən, peyvənd olunanlar var. Ermənistan rəsmiləri bunun gəlir mənbəyi olduğunu başa düşərək, nəhayət, qonşu ölkədən gələnlər üçün müvafiq şərait yaradıblar. Ancaq, İrəvanın İrandakı səfiri Artaşes Tumanyanın bildirdiyi kimi, peyvənd olunan İran vətəndaşları Ermənistanda 10 və daha çox müddət qalmalıdır.
Ermənistan-İran Birgə Ticarət Palatasının rəhbəri Hervik Yaricanyan da təsdiqləyib ki, peyvənd olunmaq üçün Ermənistana gələn iranlıların sayı çoxdur. Buna əyani misal iranlı aktrisalar Şəbnəm Fərşadcu və Behnaz Cəfəridir. Hazırda "Corona" əleyhinə peyvənd vurdurma səyahəti ilə hər iki tanınmış sima Ermənistandadır. Hər ikisi bunu təsdiqləyən fotolar paylaşıblar, hətta fotoların birində Şəbnəm Fərşadcunun erməni BMP-si üzərinə çıxdığı görünür. “Instagram”-da "Ermənistana getdik və peyvənd olunduq" yazıblar.
Deməli, son günlər reklam olunan səyahətin real əsası varmış!
Yeri gəlmişkən, Ermənistanda son gündə koronavirusa 140 yeni yoluxma qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ümumən Ermənistanda koronavirusa yoluxmuş 225.801 nəfər qeydə alınıb. Hazırda 2.866 nəfər müalicə olunur, 217.303 nəfər sağalıb, son gündə 1 nəfər olmaqla, 4.531 xəstə ölüb. Bundan başqa, koronavirusu olan daha 1101 nəfər digər xəstəliklər ucbatından vəfat edib. Bu, ölənlərin ümumi sayını 5.632-yə çatdırır.
İrana gəlincə, son günlərdə pandemiya dalğası qorxulu həddə artıb və yoluxma hadisələrinin sayı ikiqat çoxalıb. 3 gün əvvəl 16.025 yeni xəstə əlavə olunmaqla, ölkədəki COVID-19 xəstələrinin ümumi sayı 3.270.800 nəfəri keçib. COVID-19-u olan 157 nəfər ölüb, bu da İrandakı ölümlərin ümumi sayını 84.949-a çatdırıb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:12
Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub
Bu gün, 14:44
Oğuzda üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
Bu gün, 13:01
General vəzifədən azad edilib? - Açıqlama
Bu gün, 12:42
Sabah 40 dərəcə isti olacaq
Bu gün, 09:05
Sabirabadda arvad ərini bıçaqlayıb
Bu gün, 08:44
İtkin düşən helikopterin qalıqları tapılıb
Bu gün, 08:30
İctimaiyyət İlon Maskın məxfi “açarı”ndan xəbər tutub
Dünən, 15:25
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Dünən, 13:46
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 11:43
Tələbələrin köçürülməsinə start verilir
Dünən, 10:49
Xəstəxanaya yerləşdirilən məktəbli vəfat edib
Dünən, 10:27
Kəlbəcərdə 3 tondan artıq çətənə bitkisi məhv edilib
14-07-2025, 17:53
Məhkəmə yazıçıya 14 il həbs cəzası verib
14-07-2025, 17:33
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
14-07-2025, 16:04
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
14-07-2025, 15:55
Qalada iki min il əvvəlin ayaqqabılarını tapıblar - Foto
14-07-2025, 14:11
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
14-07-2025, 14:08
Müəllimlərin attestasiyası ilə bağlı daha bir rəsmi - Açıqlama
14-07-2025, 13:51
31 yaşlı şəxsi Ağdərədə elektrik cərəyan vurub öldürüb
14-07-2025, 12:42
DİM: "Yüksək nəticə göstərən abituriyentlərin böyük əksəriyyətinin..."
14-07-2025, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
14-07-2025, 12:15
Borclunun üzərinə həbs qoyulmuş əmlakının satış qaydası dəyişib
14-07-2025, 10:24
Bakıda ağır qəza: ölən və yaralılar var
14-07-2025, 08:52
Göydələn Ginnesin Rekordlar Kitabına düşüb - Foto
13-07-2025, 16:39
Yol qəzasında 3 nəfər ölüb
13-07-2025, 13:30
Ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib - (Yenilənib)
12-07-2025, 12:18
Sabah 41 dərəcə isti olacaq - Proqnoz
12-07-2025, 10:21
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
12-07-2025, 09:21
İsmayıllı rayonunda zəlzələ olub
11-07-2025, 17:59
Yerə düşən Mars parçası satışa çıxarılır
11-07-2025, 17:47
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
11-07-2025, 17:24
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
11-07-2025, 16:57
Prorektor vəzifədən azad olunub
11-07-2025, 16:06
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
11-07-2025, 13:03
Sabah hava necə olacaq? - Proqnoz
11-07-2025, 12:58
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
11-07-2025, 12:00
Müəllimlərin işə qəbulu: test imtahanı mərhələsi başa çatıb
11-07-2025, 11:33
Bağçalara uşaq qəbul başlayır
11-07-2025, 09:58
Şirvanda əməliyyat: saxlanılan var
10-07-2025, 23:08
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
10-07-2025, 17:51
DİN-də kollegiya iclası keçirilib
10-07-2025, 16:20
Gəncədə evdən tibb bacısının meyiti tapılıb
10-07-2025, 15:26
Emin Əmrullayev: "Vətəndaşlar, müəllimlər bizi aldatmağa çalışmasınlar"
10-07-2025, 13:48
Bəzi kondisionerlər təhlükə mənbəyinə çevrilib - Xəbərdarlıq